Rabitəbankdan Elektron ticarət tariflərinə endirim

“Rabitəbank” sahibkarlara dəstək məqsədi ilə yeni müştərilərinə Elektron ticarət tariflərində güzəşt kampaniyası elan edir.

Azərbaycan Respublikasının Mərkəzi Bankının COVİD-19 pandemiyası ilə əlaqədar sahibkarlara dəstək məqsədli tövsiyələrinə uyğun olaraq “Rabitəbank” POS terminal və Elektron ticarət tariflərinə güzəşt edilməsinə dair qərar qəbul edib. Ölkədə xüsusi karantin rejiminin gücləndirilməsi ilə əlaqədar müştərilərlə təması minimuma endirən şirkətlərin onlayn fəaliyyətinə dəstək olaraq “Rabitəbank” E-ticarət üçün yeni tariflərini elan edib. İyul ayı ərzində müraciət edən yeni müştərilərə ilk 3 ay minimal tarif ilə xidmət ediləcək. İyul ayı ərzində yeni müraciət edəcək “StartUp”lar da bir sıra endirim və güzəştlərdən bəhrələnəcəklər. Belə ki, ilk 3 ay ərzində aylıq 1000 AZN-ə kimi dövriyyədən heç bir xərc və xidmət haqqı tutulmayacaq.

Müraciət etmək istəyənlər Bankın 133 nömrəli məlumat mərkəzinə zəng edə və ya https://www.rabitabank.com/pos-terminallar-ve-elektron linkinə keçid edərək sifariş edə bilərlər. Kampaniya iyul ayının sonunadək keçərlidir.

“Rabitəbank”, Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, “Rabitabank Mobile” adlı mobil əlavəsi, İnternet Bankinq və “RabitaBot” adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı