Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Rabitəbankın rəhbərliyi "Money20/20" tədbirində iştirak edir - BBN

Rabitəbankın rəhbərliyi “Money20/20” tədbirində iştirak edir

Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov, İdarə Heyəti sədrinin müavini Ramil Nasibov və Baş direktoru Ziya Nuriyev Niderlandın paytaxtı Amsterdam şəhərində keçirilən “Money20/20” tədbirində iştirak edir. Minlərlə sənaye mütəxəssisinin qatıldığı yarmarka bankçılıq, ödənişlər, “fintech” startapları və elektron pul sektorlarından əsas maraqlı tərəfləri bir yerə toplayıb.

Sənaye liderlərinin, innovatorların və startapların bir araya gəldiyi tədbir şəbəkələşmə, bilik mübadiləsi və maliyyə dünyasında ən son tendensiyaları və gələcək inkişafları müzakirə etmək üçün mühüm platformadır. Sərgi sənaye liderlərinin potensial tərəfdaşlar, investorlarla əlaqə saxlamaq və onların ideyaları ilə bağlı rəy alması üçün imkanlar yaradır.

“Rabitəbank” ASC 16 region və Bakı şəhəri də daxil olmaqla, ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Related posts

“Oxford Economics”: İran ətrafındakı gərginlik Azərbaycana Avropa investisiyalarını artıra bilər

AMB nümayəndələri Almatıda mərkəzi bank kommunikasiyasına dair regional tədbirdə iştirak edib

Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı