Rabita Mobile ilə kredit ödənişləri 5 AZN bonus qazandırır!

Rahatlığı, çoxfunksionallığı ilə bank sektorunda öndəgedən tətbiqlərdən olan “Rabita Mobile”, müştərilər üçün maliyyə xidmətlərini olduqları yerdən həyata keçirmək imkanı yaradır.

Rabitəbank-ın innovativ məhsulu olan tətbiq, bu dəfə bonus kampaniyası ilə müştərilərin diqqətini cəlb etməyi bacarıb.

Belə ki, 31 yanvar, 2023-cü il tarixinədək “Rabita Mobile” üzərindən Rabitəbank-a məxsus kredit ödənişi edən müştərilər 5 AZN bonus qazanacaqlar. Bonus kampaniyası “Rabita Mobile” üzərindən olunan ilk kredit ödənişi üçün keçərlidir.

Qeyd üçün bildirək ki, kredit, ödənişi həyata keçirən müştərinin adına olmalıdır. Əldə olunmuş bonus məbləği müştərinin aktiv olan AZN valyutasında Kartmane kartına köçürülür.

“Rabita Mobile” tətbiqini endirmək üçün: https://rbt.az/RBM

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır