Rauf Vəliyev: “Azərbaycan üzərindən yükdaşıma imkanları inkişaf etdirilir”

Azərbaycan üzərindən yüklərin daşınmasının effektivliyini artırmaq üçün bütün imkanlar mövcuddur və bu imkanlar getdikcə daha da inkişaf etdirilir.

BBN.az “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) istinadən xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Rauf Vəliyev Çinə məxsus “Shandong Port Group”un İdarə Heyətinin sədri və Baş direktoru Li Fenqlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.

O, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) əhəmiyyətli olduğunu qeyd edib.

Daha sonra R.Vəliyev qonaqlara şirkətin 165 illik zəngin tarixi və fəaliyyəti barədə ətraflı məlumat verib, son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəqliyyat-logistika layihələrindən danışıb, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Bakı Gəmiqayırma Zavodu” MMC və ASCO-nun donanmasının modernləşdirilməsindən, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısından, eləcə də hava və quru yol nəqliyyatında görülən digər mühüm işlərdən söz açıb.

Görüşdə Azərbaycanla Çin arasında siyasi-iqtisadi sahədə uğurlu əməkdaşlığın Orta Dəhliz üzərindən daşınan yük həcminin artmasına səbəb olacağı vurğulanıb. L.Fenqli Orta Dəhliz üzərində yerləşən ölkələrə səfər çərçivəsində Qazaxıstandan sonra Azərbaycana gəldiyini bildirib, qeyd edib ki, dəhlizin inkişafı istiqamətində mühüm işlər görülüb.

“Shandong Port Group”a daxil olan Çindao limanı haqqında ətraflı məlumat verən qonaq yüklərin qonşu ölkələrə qısa müddətdə daşınması üçün limandakı mövcud imkanlardan danışıb. O əlavə edib ki, bu imkanlar daxilində “Shandong Port Group” Azərbaycanın bir sıra qurumları, o cümlədən ASCO ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı