21 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Regional” BOKT MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2005023406 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 03.02.2026-cı il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “Regional” BOKT MMC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2005023406 |
| İstiqrazların növü və forması | Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz |
| Ticarət üsulu/forması | Kütləvi / Birqiymətli Hərrac |
| İstiqrazların sayı | 10,000 (ədəd) |
| İlkin ticarət qiyməti | 100 manat |
| İstiqrazların buraxılış həcmi | 1,000,000 manat |
| Kupon faizi | 16% |
| Ödəmə Periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 (otuz) təqvim günündən bir ödənilir |
| Tədavül müddəti | 3 il |
| Hərrac qiyməti* | 100 manat |
| Reallaşdırılmış həcm | 1,000,000 manat |
| Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 1,000,000 manat |
| İnvestor sayı | 55 |
| Sifariş sayı | 55 |
| Anderrayter | “Xalq Kapital İnvestisiya Şirkəti” QSC |