Regionlarda informasiya texnologiyaları üzrə təlimçilərin hazırlığına start verilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin təşkilatçılığı ilə regionlarda informasiya texnologiyaları (İT) sahəsində təlimçilərin hazırlanması üçün təlimlərə start verilir.

Təlimlərin əsas məqsədi ölkəmizin müxtəlif regionlarında fəaliyyət göstərən İT mütəxəssislərin təlimçilik bacarıqlarını yüksəltmək və regionlarda peşəkar İT təlimçilərin sayını artırmaqdır. Bu təlimləri uğurla başa vuracaq mütəxəssislərin təlimçi olaraq “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin regional təlimlərinə cəlb edilməsi nəzərdə tutulur.

Oktyabr ayından başlayacaq təlimlər 1 ay müddətində intensiv formada keçiriləcək və iştirakçılara İT əsasları (İT texnik) üzrə təlimçilik bacarıqları öyrədiləcək. Əsas hissəsi onlayn, yekun hissəsi isə Bakıda təşkil olunacaq təlimləri uğurla bitirən şəxslər “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin təlimçilik sertifikatı ilə təltif ediləcəklər.

Təlimlərdə Gəncə, Naxçıvan, Şərur, Mingəçevir, Şəki, Zaqatala, Lənkəran, Şamaxı, Qazax, Şirvan, Ağdaş, Göyçay, Qəbələ, İmişli şəhərlərində yaşayan və müəyyən edilmiş tələblərə cavab verən şəxslər iştirak edə bilərlər.

Təlimlərə qoşulmaq üçün İT sahəsi üzrə minimum iki il iş təcrübəsi və qeyd edilən rayonda daimi yaşamaq tələb olunur. Müraciət edən şəxslər öz CV-lərini təqdim etməlidirlər.

Müraciətçilər bu link vasitəsilə qeydiyyatdan keçə bilərlər. Son müraciət tarixi 30 sentyabrdır.

Ətraflı məlumatı www.iktlab.az saytı və telefon (012 505 01 13, 077 505 01 13) vasitəsilə əldə etmək mümkündür.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı