Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Regionlarda qadınların iqtisadi gücünün artırılması layihəsinə start verilib - BBN

Regionlarda qadınların iqtisadi gücünün artırılması layihəsinə start verilib

Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin (KOBİA) Yevlax və Göyçay – Ağdaş KOB inkişaf mərkəzləri, “Gələcək naminə” İctimai Birliyi, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Asosasiyası və Ailə Qadın və Uşaq Problemləri üzrə Göyçay Qadın Resurs Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində “Regionlarda qadınların iqtisadi gücünün artırılması” layihəsi həyata keçirilir.

Mayın 20-də Göyçayda layihə çərçivəsində “Regionlarda qadınların iqtisadi gücünün artırılması: perespektivlər və imkanlar” mövzusunda tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı, xidmət və ticarət sahələrində fəaliyyət göstərən 100-ə yaxın sahibkar qadın iştirak edib. Tədbirin məqsədi Göyçay, Ağdaş, Ucar, Zərdab, Yevlax, Bərdə, Gəncə və Mingəçevir rayonlarında müxtəlif sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların fəaliyəti ilə tanış olmaq, onları sahibkarlara göstərilən dövlət dəstəyi tədbirləri barədə məlumatlandırmaq və fikir mübadiləsi aparmaqdır. 

Tədbirdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınaların işgüzar əlaqələrinin genişləndiriməsi və şəbəkələşməsinə dəstək üzrə müzakirələr aparılıb, həmçinin qadınların əl işlərindən ibarət sərgi təşkil olunub.  

Layihə çərçivəsində sahibkar qadınlar üçün mentorluq dəstəyinin göstərilməsi də nəzərdə tutulur.

Related posts

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Azərbaycan və Belarus turizm sahəsində əməkdaşlığı gücləndirir

“Azerconnect Group” “mygov” platformasına qoşulub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı