Respublikamız illik reytinqdə üç pillə irəliləyib

Avropa İttifaqının Ticarət Palatası “EuCham”ın biznes fəaliyyəti üçün ən yaxşı Avropa ölkələrinin renkinqini özündə birləşdirən hesabatının növbəti nəşri yayımlanıb. 2020-ci il göstəricilərini əks etdirən bu hesabatda Azərbaycan öz mövqeyini yaxşılaşdırıb.

Belə ki, cari hesabatda Azərbaycan 53.35 xalla Rusiya, Albaniya və Moldovanı qabaqlayaraq 41-ci pilləyə yüksəlib. Qeyd edək ki, 2019-cu il göstəricilərinə görə Azərbaycan 51.82 xal ilə 44-cü yerdə idi.

Hesabatın ilk üçlüyündə Skandinav ölkələri – Danimarka (86.15) , İsveç (83.50) və Norveç (83.30) qərarlaşıb. İlk beşlik Finlandiya (83.10) və İsveçrə (80.80) ilə tamamlanır. Sonuncu pillədə isə ötən ilki kimi Ukrayna (50.10)  qərarlaşıb.

İnvestisiya cəlbediciliyi baxımından ən yaxşı ölkələri əks etdirən bu araşdırmada Dünya Bankının “Doing Business Index”indən və “Transparency International”ın Korrupsiyanın Qəbulolunma İndeksindən istifadə olunur.

Related posts

ROA və ROE əmsalına görə bankların – RENKİNQİ

Ehtiyat ayırmalarının həcminə görə bankların – RENKİNQİ

Qeyri-faiz xərclərinə görə bankların – RENKİNQİ

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı