Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Reuters: Avropa Mərkəzi Bankı növbəti həftə depozit faiz dərəcələrini artıracaq - BBN

Reuters: Avropa Mərkəzi Bankı növbəti həftə depozit faiz dərəcələrini artıracaq

Reuters-in dekabrın 5-8-dəki sorğu nəticələrinə əsasən Avropa Mərkəzi Bankı Avrozonanın artıq iqtisadi tənəzzüldə və inflyasiyanın (cari səviyyə 10.6%, hədəf 2%) Bankın hədəfindən 5 dəfə yüksək olmasına rəğmən, gələcək həftə, dekabrın 15-də, cümə axşamı depozit faiz dərəcələrini 50 baza bəndi artıraraq 2.00%-ə çatdıracağı gözlənilir.

BBN.az Reuters-ə istinadən xəbər verir ki, Bankın iyulda inflyasiya əleyhinə kampaniyasına başlamasından sonra faiz dərəcələrini rekord bir sürətdə artırmağa başlamışdı və əsas depozit faiz dərəcələrinə artıq 200 baza bəndi əlavə edərək onu 1.50-ə çatdırmışdı.

Bu isə 2009-cu ildən bəri ən yüksək artım hesab ediləcək, eləcə də Bankın yenidənmaliyyələşdirmə faiz dərəcələrini 50 baza bəndi artıraraq 2.50-yə çatdıracağı gözlənilir. Bildirək ki, Avropa Mərkəzi Bankının qərarı ABŞ Mərkəzi Bankının (dekabrın 14-ü) qərarından bir gün sonra açıqlanacaq. FED-in də aqressiv, 75 baza bəndi faiz artımı əvəzinə, 50 baza bəndi artıma gedəcəyi gözlənilir. 

Related posts

PAŞA Bank 8 Mart münasibətilə premium Miles&Smiles kartlarına 50% endirim elan edir

VTB (Azərbaycan)-da sahibkarlar üçün Novruz kampaniyası davam edir

Unibankdan xanımlara 8 Mart hədiyyəsi- 8 %-lik kredit

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı