Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Riteyl satışlarının enməsi fonunda funt sterlinq son 37 ilin ən aşağı səviyyəsindədir - BBN

Riteyl satışlarının enməsi fonunda funt sterlinq son 37 ilin ən aşağı səviyyəsindədir

Böyük Britaniyanın pul vahidi funt sterlinq ABŞ dollarına qarşı son 37 ilin ən aşağı səviyyəsinə enib, bu isə avqustda riteyl satışlarının kəskin enməsini əks etdirən hesabatın paylaşılmasından sonra baş verib. Eyni zamanda ölkədə yaşam xərclərinin artması ölkə vətəndaşları üçün çətinlik yaratmağa davam edir. Riteyl satışlarının həcmi avqustda 1.6% enib və enmə sektorun bütün sahələrində müşahidə edilib. Bu isə o deməkdir ki, vətəndaşlar yüksək inflyasiya ilə mübarizə aparmaq üçün alışlarda daha ağıllı hərəkət edirlər.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, analitiklərdən biri deyir ki, nəticələr artıq Böyük Britaniyanın iqtisadi tənəzzüldə olduğunun göstəricisidir. Riteyl satışları ilə bağlı nəticələr açıqlandıqdan sonra funt sterlinq 1% azalaraq 1.1351 dollar olub, bu isə 1985-ci ildən bəri ən aşağı səviyyədir. Daha sonra isə ingilislərin milli pul vahidi dəyər qazanaraq 1.14 dollara ticarət edilib. 

2022-ci ilin böyük bir hissəsində funt sterlinqin məzənnəsi dollar qarşısında aşağı olub, bu isə ikincinin güclənməsi ilə bağlıdır. Zəif funt sterlinq isə ingilis səyahətçiləri üçün daha az pul deməkdir. 

Qeyd edək ki, 2022-ci ilin avqustunda ölkədə inflyasiya iyuldakı 10.1%-dən 9.9%-ə enib, ancaq bununla belə nəticələr son 40 ilin ən yüksək səviyyəsindədir. Ölkənin Mərkəzi Bankından (Bank of England) isə xəbərdarlıq edirlər ki, ilin sonunda iqtisadi tənəzzül başlayacaq və gözlənilir ki, bank yüksək inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini (bu həftə-red.) yenidən artırsın. 

Related posts

Mərkəzi Bankın rəsmi valyuta məzənnələri – 16.02.2026

Rəsmi valyuta məzənnələri (13.02.2026)

Qızıl geri çəkildi – Güclü ABŞ iqtisadiyyatı bazarı silkələdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı