Robinhood-dan bankçılıq xidmətlərinə keçid

Mobil tətbiqetmə vasitəsilə səhm sənədləri və kriptovalyuta ticarəti xidmətləri göstərən “Robinhood” şirkəti 18 dekabr tarixindən etibarən müştərilərinin istifadəsinə bankçılıq xidmətləri də verəcək.

Belə ki, şirkətin müştəriləri tətbiqetmədən istifadə etməklə pulsuz depozit hesabı aça biləcəklər. Depozit hesabları sənədləşmə prosesi olmadan açıla biləcək və depozit hesabına yatırılan məbləğ müştəriyə illik 3%-lik gəlir imkanı verəcək.

Qeyd edək ki, Robinhood bundan əlavə Sutton Bank ilə tərəfdaşlığa girərək MasterCard loqolu debet kartları buraxacağını da bildirib.

Palo Alto mərkəzli şirkət 2013-cu ildən fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır