Robotlar bank işçilərini əvəz edir

Rusiyanın nəhəng yığım bankı Sberbank 2017-ci ildə 3000 nəfəri işdən çıxarmağı planlaşdırdıqlarını bildirib. Robotlarla əvəzlənəcək olan bu işçilər başqa sektorlarda iş tapmaq üçün yenidən təlimlər keçəcəklər.

Sberbankın direktor köməkçisi Vadim Kulikin sözlərinə görə, hüquqşünas robotlar müştərilər üçün iddia ərizəsi yazmaq bacarığına malikdir.

“2016-cı ilin 4-cü rübündə bazara iddia ərizəsi yaza bilən robot çıxardıq. Bu o deməkdir ki,  fiziki şəxslər tərəfindən həyata keçirilən bütün bu işlər 2017-ci ilin ilk yarısında robotlara həvalə oluna bilər”-deyə, Kulik qeyd edib.

Qeyd edək ki, Vadim Kulik robotlarla bağlı əhəmiyyətli planlarının olduğunu və çoxsaylı, müxtəlif sektorlar üçün robot istehsal etdiklərini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır