Rosneft və BP arasında razılaşma imzalanıb

Rusiyanın Beynəlxalq  İqtisadi  Forumu çərçivəsində təşkil olunan  imza mərasimində  Rosneft İdarə Heyətinin nümayəndəsi İgor Seçin ve BP  İcra Heyətinin sədri Bob Dudley iştirak edib. Belə ki, razılaşma çərçivəsində iki şirkət arasında təbii qazın satışında,  kəşfində və hasilatında, habelə Rusiya və digər ölkələrdəki mayeləşdirilmiş təbii qaz layihələrində  strateji iş birliyi  gözlənilir.

Qeyd edək ki, Rosneft-in hasil etdiyi  təbii qazın 2019-cu ildən etibarən  BP  tərəfindən Avropaya satılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır