“Rosneft”in xalis mənfəəti 19.8% azalıb

Rusiyanın ən böyük neft şirkəti “Rosneft”in bu ilin I yarım ilində xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 19.8% azalaraq 81 milyard rubl təşkil edib.

Belə ki, 6 ay ərzində  şirkətin ümumi satış gəlirləri  23.2% artaraq 2.8 trilyon rubla yüksəlib, vergidən əvvəl mənfəəti isə 2.9% artaraq 639 milyard rubla çatıb.

“Rosneft”in gündəlik neft istehsalı bu ilin ilk yarısında keçən ilin eyni dövrü ilə müqayisədə 10.2% artaraq 5 milyon 740 min barelə, təbii qaz istehsalı isə 2.9% artaraq 34.2 milyard kub metrə yüksəlib.

Sözügedən dövürdə şirkətin xalis borcu isə 700 milyard rubl artaraq 2.2 trilyon rubla çatıb.

Qeyd edək ki, Şirkətin rəhbəri Igor Sechin son illərdə neft bazarlarında yaşanan dalğalanmalara baxmayaraq, müvəffəqiyyətli xərc nəzarəti sayəsində şirkətin maliyyə quruluşunun pozulmadığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır