“Royal Bank”ın mebel avadanlıqlarının hərracı baş tutmayıb

Ləğv prosesində olan “Royal Bank” ASC-nin balansında olan mebel avadanlıqları, bank reyestrində olan əsas vəsaitlərin inventarizasiya siyahısına uyğun 473 ədəd mebel avadanlıqları ilkin  satış qiyməti 17 421 manat olmaqla hərraca çıxarılıb.

Birinci hərrac alıcı müraciəti olmadığından baş tutmamış hesab olunub.

Ləğvetmə prosesində olan bankların ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun “Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə hərracların keçirilmə   qaydaları” və  digər normativ hüquqi aktlarına uyğun olaraq hərrac davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır