Ruanda nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub

KOBİA KOB evi modeli ilə bağlı təcrübəsini Ruanda ilə bölüşməyə hazırdır.

Ölkəmizdə səfərdə olan Ruanda İnkişaf Şurasının Baş icraçı direktorunun müavini Culiana Muqanzanın rəhbərlik etdiyi nümayəndə heyəti “Bakı KOB evi”ndə olub.

Heyətə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyəti, o cümlədən Agentliyin strukturuna daxil olan KOB evləri barədə ətraflı məlumat verilib.

Diqqətə çatdırılıb ki, KOB evləri vahid məkanda sahibkarların dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayır. Burada dövlət qurumları ilə yanaşı, özəl sektor tərəfindən də biznesə xidmətlər təqdim edilir. Ölkənin 3 şəhərini əhatə edən KOB evlərinin sayının artırılması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd olunub ki, 2024-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən Azərbaycanın KOB evi modeli qabaqcıl innovativ təcrübə kimi qiymətləndirilib. KOBİA KOB evi modeli ilə bağlı təcrübəsini Ruanda ilə bölüşməyə hazırdır.

Ruanda nümayəndə heyəti tərəfindən “Bakı KOB evi”nin fəaliyyəti maraqla qarşılanıb.

Related posts

2024-cü ilin ilk 11 ayında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 142,7 milyon manat vəsaitin ödənilməsi təmin edilib

Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi hədəflənir – Video

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə mentorluq proqramının yekunlarına dair görüş keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı