Rusiya iqtisadiyyatının böyüməsi gözlənilir

Rusiya Mərkəzi Bankı cari ilin üçüncü rübündə ölkə ÜDM artımının 0.8%-1.3% səviyyəsinə qalxacağını bildirib. Bunun əsas səbəbi kimi, dövlət tərəfindən son dövrlərdə iqtisadiyyata yatırılan maliyyə vəsaitləri göstərilib.

Qeyd edək ki, ötən həftə Rusiya İqtisadiyyat Nazirliyi may ayına olan ÜDM artımının 0.2-ə gerilədiyini bildirib və 2019-cu il üçün artım proqnozlarını 1.2%-1.7% səviyyəsindən 1.0%-1.5% səviyyəsinə endirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır