Rusiya ixracına qadağa qoyunca Qərb bazarlarındakı payını artırdı

Dünyanın ən yaxşı şərab istehsalçılarında olan Moldova, Moskvada  şərablarının ixracına qadağa qoyulmasından sonra  Qərb ölkələrindəki bazar payını artırıb. 2004-cü ildə şərab ixracatının yarıya qədərini Rusiya ilə həyata keçirən  Moldova 2014-cü ildə Rusiyanın şərablarına ixrac qadağası qoyması ilə kəskin azalıb. Rusiya ixracın qadağan edilməsini Moldova şərablarının aşağı keyfiyyətli olması ilə əlaqələndirib.

Ölkənin ən məşhur şərablarından  olan “Purcari”nin istehsalçısı Victor Bostan Moldovalı şərab istehsalçıları olaraq strateji bir plan həyata keçirmək məqsədi ilə üzüm bə bağçılıq təşkilatı altında birləşdiklərini, Moldova şərablarını daha yüksək səviyyəyə gətirmək üçün birlikdə fəaliyyət göstərdiklərini vurğulayıb. “Purcari” bu il ixracının 70%ni Avropa İttifaqı ölkələrinə edib. Eyni zamanda Çin, Yaponiya,Koreya kimi ölkələrdə də bazar payını artırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır