Rusiya koronavirusla mübarizəyə maliyyə vəsaiti ayırıb

Rusiya Federasiyasında dövlət büdcəsindən koronavirus pandemiyası ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 1 milyon dollar həcmində maliyyə dəstəyi ayrılması ilə bağlı sərəncam imzalanıb.

Sözügedən sərəncam həmçinin özündə Vektor İnstitutu və Mərkəzi Epidemiologiya Tədqiqat İnstitutunun xərclərini qarşılamaq, eləcə də Şərqi Avropa, Qafqaz ölkələri, Mərkəzi və Cənub-Şərqi Asiya, Orta Şərq, Afrika və Cənubi Amerika ölkələrinə ləvazimat və texniki dəstəyin göstərmək məqsədilə 61.4 milyon rubl (804 min 795 dollar) həcmində maliyyə vəsaitinin ayrılmasını da özündə ehtiva edir.

Bununla yanaşı, digər bir sərəncamla 2020-2021 illərində rus dilində səhiyyə məlumatlarının həcmi və keyfiyyətinin artırılması üçün ÜST-ə 1.01 milyon dollar ayıracağı açıqlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır