Rusiya Mərkəzi Bankı beşinci dəfə faiz endiriminə gedib

Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini 0.25 bənd azaldıb. Bununla da 2019-cu il üçün beşinci faiz endiriminə gedən qurum uçot dərəcəsini 6.25-ə çatdırıb.

Bu azalma nəticəsində Rusiyada uçot faiz dərəcəsi 2014-cü ilin maliyyə böhranından sonra ən aşağı səviyyəsinə çatıb. Qeyd edək ki, böhran vaxtı sədr uçot dərəcəsini 17%-ə artıraraq Rusiya rublunu üzən məzənnə rejiminə keçirib.

Rusiya Mərkəzi Bankı sədri açıqlamasında, ötən ay 3.8%-dən 3.5%-ə düşən inflyasiya dərəcəsinin növbəti il 3.5%-4% arasında dəyişəcəyini, sonradan isə 4% civarında qərarlaşacağını vurğulayıb. Həmçinin, ÜDM artımının 0.8%-1.3% faiz arasında olacağı ehtimal edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır