Rusiya Mərkəzi Bankı: “Bizim iqtisadiyyatımız aşağı neft qiymətlərinə hazırlıqlıdır”

Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina aşağı neft qiymətlərinin Rusiya iqtisadiyyatına təsir etməyəcəyini bildirib.

TASS-ın məlumatına əsasən, Rusiya Mərkəzi Bankının baza ssenarisi bir barelə 40$ həcmində müəyyən olunub.

Nabiullina: “Bizim hesablamalarımıza görə, hətta neftin qiymətinin 25$-a düşəcəyi halda iqtisadi artıma təsir etsə də katastrofaya səbəb olmayacaq, çünki bizim iqtisadiyyatımız və maliyyə sistemimiz bu qiymətlərə uyğunlaşdırılıb. Gələn il üçün 1%-lik  növbəti illərdə isə, 1.5-2%lik iqtisadi artım gözləyirik”-deyə, bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır