Rusiya Mərkəzi Bankı faiz dərəcəsini endirib

Ötən cümə günü Rusiya Mərkəzi Bankı azalan inflyasiya ilə birgə uçot faiz dərəcəsini də 0.25 bənd azaldaraq 7%-ə çatdırıb. Bu artıq cari ildə üçüncü azalmadır və növbəti üç iclasda da uçot dərəcəsinin azaldılması proqnozlaşdırılır.

Mərkəzi Bank həmçinin ilin əvvəlində 2019-cu il üçün təyin etdiyi 1.0%-1.5%-lik iqtisadi artımı 0.8%-1.3% dərəcəsinə qədər azaldıb.

“VTB Capital”-ın iqtisadçısı Aleksander İsakovun “Reuters” xəbər agentliyinə verdiyi məlumata istinadən, dekabrda uçot dərəcəsinin 6.75%, 2020-ci ilin ilk yarısında isə 6.5%-ə enməsi gözlənilir. Qeyd edək ki, bu göstərici iyun ayında 7.5%, iyulda isə 7.25% olub.

Növbəti iclasın 25 oktyabr tarixində keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır