Rusiya Mərkəzi Bankı “Zolotaya Korona”nın beynəlxalq standartlara uyğunluğunu təsdiqləyib

Rusiya Mərkəzi Bankı “Zolotaya Korona” ödəniş sisteminin maliyyə bazarının infrastrukturları üçün beynəlxalq standartlara uyğunluğunu təsdiqləyib. 

Bank, Rusiya Federasiyasının mövcud qanunvericiliyi çərçivəsində 2017-ci il iyulun 3-7-dən etibarən “Zolotaya Korona” nın beynəlxalq maliyyə standartı “Maliyyə bazarı infrastrukturunun prinsipləri” (PMI prinsipləri) standartına uyğun qiymətləndirilməsini həyata keçirib.

Bu standart Beynəlxalq Qiymətli Kağızlar üzrə Komissiyalar Təşkilatı ilə birlikdə Beynəlxalq Hesablaşmalar Bankının Ödəniş və Market Alətlərinin İnkişafı Komitəsi tərəfindən hazırlanmış və Rusiya Bankı tərəfindən Rusiya operatorlarının ödəniş sistemləri ilə uyğunluğu üçün tövsiyə olunub.

Qeyd edək ki, 2017-ci ilin avqust ayında Mərkəzi Bank ödəniş sistemlərinin sistemli və sosial əhəmiyyəti üçün yeni meyarlar təyin etmişdi. Sənəddən bəlli olduğu kimi, ödəniş sisteminin sistemli olaraq tanınması üçün, üç təqvim ayı ərzində ardıcıl olaraq aparılan köçürmələr, kredit təşkilatlarının köçürmə həcminin ən azı 20% -ni təşkil etməlidir.

Mənbə: Rusiya Mərkəzi Bankı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır