Rusiya Mərkəzi Bankının “ölü səhmdarlar”la bağlı qərarı necə olacaq?

Rusiya Mərkəzi Bankı şirkətlərin “ölü səhmdarlar”la («мертвых акционеров») bağlı problemin həlli üçün yollar axtarır. Mərkəzi Bank müəyyən edilməsi və tapılması mümkün olmayan səhmdarları belə adlandırıb.

Avqustun sonunda həyata keçiriləcək iclaslarda şirkətlərin səhmdarları ilə bağlı qanunda ediləcək dəyişikliklərə təkliflər müzakirə olunacaq.

Mərkəzi Bank bu tip səhmlərin qorunmasın və idarə edilməsinin etibarlı bir təşkilata həvalə edilməsini təklif edəcək, lakin hələlik bu təşkilatın hər hansı bir fond və ya şirkət olması qərarlaşdırılmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır