Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini 0.5 bənd azaldıb. Bununla da ardıcıl yeddinci, 2020-ci il üzrə isə ikinci faiz endiriminə gedən qurum uçot dərəcəsini 5.5%-ə çatdırıb. Qeyd edək ki, axrıncı dəfə fevral ayının əvvəlində faiz dərəcəsi 0.25 bənd endirilərək 6% səviyyəsinə gətirilib.
Bu azalma nəticəsində Rusiyada uçot faiz dərəcəsi 2012-ci ildən bu yana ən aşağı səviyyəsinə çatıb.
Rusiya Mərkəzi Bankı sədri açıqlamasında, cari ildə Rusiya iqtisadiyyatının ən yaxşı halda 4%, ən pis halda isə 6% kiçiləcəyini proqnozlaşdırıb. Bu isə 2015-ci il böhranından sonra əldə edilən bütün iqtisadi artımın yox olması deməkdir. Rusiya Mərkəzi Bankı 2021-ci il üçün 2.8%-4.8%, 2020-ci il üçün isə 1.5%-2.5% aralığında iqtisadi böyümə proqnozlaşdırıb.
Qeyd edək ki, açıqlamadan dərhal sonra Rusiya rublu ABŞ dolları qarşısında 0.5 faiz güclənərək 74.4 səviyyəsinə irəliləyib.