Rusiya neft istehsalını 37% artıracaq

“Rosneft”in rəhbəri Iqor Sechin 2040-cı ildən etibarən, əlavə neft istehsalının artırılaraq, günlük 40 milyon barrelə çatacağını bildirib.

Bazar tələbi olarsa və iqtisadi şərtlər uyğun gələrsə Rusiya illik əlavə neft istehsalını 200 milyon ton artıracaq.

Qeyd edək ki,Enerji nazirinin müavini Kirill Molodtsov 2016-ci ildə Rusiyanın illik neft istehsalının 540-545 milyon ton olduğunu və  8 sentyabr tarixində günlük 11 milyon barellik istehsalla rekord həddə çatdığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır