Rusiya qlobal neft hasilatının məhdudlaşdırılmasına il sonunadək davam edəcək

OPEC və Rusiya qlobal neft hasilatını məhdudlaşdırmağa  ilin sonuna qədər davam etmək niyyətində olduqlarını, bunun üçün əməkdaşlıq etməyə hazır olduqlarını vurğulayıblar.

BBN.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, Rusiyanın energetika lideri Aleksandr Novak Bloombergə verdiyi anketdə hasilat məhdudiyyətlərinin sona çatmasından sonra belə, OPEC və neft hasil edən ölkələrin faktiki lideri olan Səudiyyə Ərəbistanı ilə əməkdaşlığa davam etməyə hazır olduğunu söyləyib.

Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih, istehsalçıların 2018-ci ilə qədər istehsalı məhdudlaşdırmağa davam etdiyini və bazarın ilin sonunda ya da 2019-cu ildə bir tarazlıq tapa biləcəyini söyləyib.

Qeyd edək ki, hər iki nazir də məhdudiyyətlərin 2019-cu ildə davam edəcəyini şərh etməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır