Rusiya razılığın əldə olunmamasında Səudiyyə Ərəbistanı günahkar hesab edir

Rusiyanın energetika naziri Aleksandr Novak,  Qatarda baş tutan neft zirvəsinin nəticəsiz qalmasında Səudiyyə Ərəbistanı günahkar görürdüyünü bildirib.

Rusiya xəbər agentliyi “RIA Novosti”nin xəbərinə görə, Nazir bildirib ki, Səudiyyə Ərəbistanın və bir neçə ölkənin son anda fikir dəyişdirməsi neft hasilatının dondurulması ilə bağlı razılığın əldə edilməsinin qarşısını alıb.

Onun  sözlərinə görə, bu hadisə neft qiymətlərinə mənfi təsir edəcəkdir.

Qeyd edək ki, bu məsələ ilə bağlı xəbər yayıldıqdan sonra “Brent” markalı neftin bir barelinin qiyməti 5% ucuzlaşaraq 40 dollar sərhəddinə qədər geriləmişdi. Sonra isə 41 dollar səviyyəsinə qədər yüksəldi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır