Rusiya rublu bu il dünyada ən güclü valyuta məzənnəsi olub

Bu il Rusiya xarici dövlət borclarını ödəməkdə (Qərb rubl ilə borcların qaytarılmasına qarşı idi-red.) tarixi bir an yaşasa da, dövlətin valyuta məzənnəsi güclənməyə davam edib. Ötən ay rubl ABŞ dolları ilə müqayisədə özünün ən yüksək həddinə çatmışdı, belə bir inkişaf göstəriciləri isə onu bu il dünyada ən güclü pul vahidi edir. 

Qatı iqtisadi sanksiyaların tətbiq edilməsindən 3 ay sonra rubl ABŞ pennisindən də az dəyərli idi, lakin yanvardan başlayaraq isə dollar ilə nisbətdə 45% dəyər qazandı, həmin vaxt 1 dollar 53,45 rubla satılırdı.

Harvard Kennedy School-un kapital və inkişaf üzrə professoru Jeffrey Frankel deyib ki, “bu qeyri-adi bir vəziyyət idi”. 

“Normal şərtlərdə beynəlxalq sanksiyalar və böyük hərbi konflikt ilə üzləşən ölkədə investorlar qaçır və kapital davamlı şəkildə xaricə axır, nəticədə isə valyutanın məzənnəsi enir. Lakin Rusiya pulun ölkədən çıxmasının qarşısını almaq üçün qeyri-adi aqressiv tədbirlər həyata keçirir, yanacağın qiymətinin artması fonunda isə rubla tələbat yaratmağa və onun dəyərini artırmağa çalışır”.

Rublun dayanıqlığı o deməkdir ki, Rusiyanın Ukraynanı işğal etdikdən sonra, Qərbin iqtisadi sanksiyalarına qarşı dövlət tədbirlər görməkdədir, amma bu vəziyyətin nə qədər davam edəcəyi isə qeyri-müəyyəndir. Həmçinin yuxarıda da qeyd etdiyimiz kimi rublun möhkəmlənməsi, Rusiyanın fevralın 24-də Ukraynanı işğal etdikdən sonra, neft və qazın qiymətlərinin də öz növbəsində artması ilə bağlıdır.

“Məhsulların qiyməti rekord həddə artıb, Rusiyadan gələn ixrac isə embarqo və sanksiyalar ilə bağlı olaraq azaldılıb”, – deyə Oxford Economics-in market analitiki Tatiana Orlova deyib. 

Rusiya yanacağın ixracından ayda təxminən 20 milyard dollar gəlir əldə edir. Martın sonunda isə bir çox xarici alıcılar enerjiyə görə ödənişi rubl ilə ödəməyə razılıq verdiklərinə görə, rublun məzənnəsində artım meydana gəlmişdir.

Qeyd edək ki, hazırda 1 dollar 57,43 rubla bərabərdir. 

Mənbə: www.cbsnews.com

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Növbəti valyuta hərracı keçirilib

Bu günün valyuta məzənnələri-16.07.2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı