Rusiyada aviasiya sektoruna subsidiyalar ayrılacaq

7 may tarixində hazırlanan və hökumətə təqdim edilən layihənin müvafiq şöbələr tərəfindən ayın sonuna qədər təsdiq edilməsi gözlənilir. Bu barədə məlumat həftəsonu Rusiya Federasiyasının Nəqliyyat Naziri Yevgeniy Dietriç tərəfindən mətbuata açıqlanıb. Sözügedən layihə koronavirus pandemiyasından ən çox zərər çəkən sahələrdən biri olan aviasiya sahəsinə yönəlib.

Layihəyə əsasən, Rusiyanın Nəqliyyat Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən Rusiyada fəaliyyət göstərən aerportlara iyul ayına qədər 10.1 milyard rubl (137.49 milyon dollar) həcmində subsidiya vəsaiti ayrılacaq. Layihənin ikinci mərhələsində isə, iyul ayından sonra aeroportlara və aviaşirkətlərə daha 30 milyard rubl (438.39 milyon dollar) həcmində vəsait ayrılması planlaşdırılır.

Bununla yanaşı, “Rosaviatsiya” tərəfindən Rusiyanın ən böyük aviaşirkəti olan “Aeroflot” şirkətinə 7.89 milyard rubl məbləğində subsidiya ayrılacaq. Subsidiyanın ayrılması qərarı Rusiyanın Nəqliyyat Nazirinin müavini Aleksandr Neradko tərəfindən təsdiqlənib. Subsidiya “Aeroflot” və törəmə qurumları (“Rossiya” və “Avrora”) arasında bölüşdürüləcək. Hazırda isə, “Smart Avia”, “Ural Airlines”, “Sibir”, “Azure Air”, “Azimut” və “Red Wings” aviaşirkətlərinə subsidiyanın ayrılması ideyası “Rosaviatsiya” tərəfindən nəzərdən keçirilir.

Bundan əvvəl, Rusiya hökuməti “Rosaviatsiya”ya ehtiyat fondundan aviaşirkətlərə subsidiya verilməsi məqsədilə 23.4 milyard rubl ( 318.5 milyard dollar) maliyyə vəsaiti ayırıb.

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

AMB sığorta sahəsində növbəti attestasiya keçirəcək

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı