

2025-ci ilin birinci rübündə Rusiya Federasiyasının bank sistemində 1 665 ədəd Rusiya Bankına məxsus saxta pul nişanı aşkar edilib. Həmin dövrdə ölkə ərazisində 1 341 ədəd saxta ABŞ dolları da müəyyən olunub.
BBN.az xəbər verir ki, aşkarlanan saxta rubl əskinaslarının sayı 1 665 olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27% azalma deməkdir.
Bunlara 1039 ədəd 5000 rublluq əskinas, 476 ədəd 1000 rublluq əskinas və 59 ədəd saxta 2000 rublluq əskinas daxildir.
Ən az aşkar olunan isə 200 rubl nominallı saxta əskinaslar olub. Bununla yanaşı, 10 rubl dəyərində 32 saxta pul sikkəsi, 5 rubl dəyərində isə 10 saxta sikkə müəyyən edilib.
Bununla yanaşı, Rusiya Bankı ABŞ dolları üzrə saxta pul nişanlarının aşkarlanmasında artım müşahidə olunduğunu bildirib. 2025-ci ilin birinci rübündə Rusiyada 1 341 ədəd saxta dollar əskinası aşkarlanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur.