Rusiyada uçot faiz dərəcəsi azaldılıb

Rusiya Mərkəzi Bankı kəskin faiz endiriminə gedib. CBR rəsmi uçot faiz dərəcəsini 300 faiz bəndi azaldaraq 17% səviyyəsinə endirib. Gözləntilər faiz artımı yönündə olsa da, bank rəhbərliyi növbəti iclaslarda da uçot faiz dərəcəsinin azalacağını vurğulayıb.

Məlumat üçün qeyd edək ki, son iclasda Rusiya Mərkəzi Bankı uçot faiz dərəcəsini  1050 faiz bəndi artıraraq 9.5%-dən 20%-ə qaldırıb. Mərkəzi Bankın Sədri Nabiullina bildirib ki, Rusiya Mərkəzi Bankı ölkədə istehlak qiymətləri indeksinin stabilləşdirilməsi, eləcə də Rusiya-Ukrayna arasında yaranan qarşıdurmanın ölkə iqtisadiyyatına təsirlərinin yumşaldılması məqsədilə uçot dərəcəsinin daha da artırılması planlaşdırılır. 11 fevral tarixində keçirilən iclasda 8.5%-dən 9.5%-ə yüksəldilən uçot dərəcəsinin 2023-cü ilədək 6% səviyyəsinə endirilməyəcəyi bildirilib.

Bununla yanaşı, qarşıdurmanın təsiri ilə ölkənin valyutası rublun ABŞ dolları qarşısında kəskin dəyər itirməsinin qarşısının alınması məqsədilə Rusiya Mərkəzi Bankı və Maliyyə Nazirliyi ölkə daxilində fəaliyyət göstərən ixracatçı şirkətlərin xarici valyuta ehtiyatlarının bir qisminin satin alınması ilə bağlı göstəriş verib.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı