Rusiyadan gələn artıq qaz “TANAP”-a ötürüləcək

BBN.az “Habertürk”ə istinadən xəbər verir ki,  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə və Rusiya arasında Akkuyu Nüvə Stansiyası və “Türk axını” kimi vacib layihələr olduğunu nəzərə çatdırıb.

Onun sözlərinə görə, Akkuyu layihəsi üzrə müddət sürətləndiriləcək. “Türk axını” layihəsi ilə bağlı müzakirələr davam edəcək və ən qısa müddətdə işlərə başlanacaq. Bu layihə “Qərb axını”nından aldığımız Rusiya qazını əvəz edəcəyini bildirib. Onun sözlərinə əsasən ildə 16 mlrd. kubmetr qaz nəql olunacaq və artıq həcm Trans-Anadolu Boru Kəmərinə (TANAP) qoşulacaq.

“2018-ci ildə bu layihəni başa çatdırmağı planlaşdırırıq və bu qaz Avropaya çatdırılacaq”, – deyə Nazir əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır