Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Rusiyalı nazir müavini: Ehtiyat valyutaların rolunun azalması qızılın qiymətini artıracaq - BBN

Rusiyalı nazir müavini: Ehtiyat valyutaların rolunun azalması qızılın qiymətini artıracaq

Qızılın qiyməti ehtiyat valyutalarının, xüsusilə də dolların rolunun azalması fonunda daha da artmaq potensialına malikdir.

Bu barədə Rusiya Federasiyasının maliyyə nazirinin müavini Aleksey Moiseyev açıqlama verib.

“Şəxsi fikrim budur ki, qızıl qiyməti gələcəkdə də artacaq. Fərqli proqnozlar var. Mən bir sıra rusiyalı alimlərlə görüşmüşəm, onlar deyirdilər ki, qızılın qiyməti unsiyaya görə 35 min dollar olacaq. Bunun nə zaman baş verəcəyini bilmirəm. Amma tamamilə aydındır ki, ehtiyat valyutalarının, xüsusilə də dolların rolu azalarkən insanlar daha çox qızıla diqqət yetirəcəklər”, – deyə Moiseyev qeyd edib.

Qeyd edək ki, bu həftə qızılın qiyməti bir neçə dəfə tarixi maksimumunu yeniləyib. Hazırda Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,37% artaraq 3 679,9 ABŞ dolları təşkil edir.

Xatırladaq ki, ehtiyat valyuta digər ölkələrin mərkəzi banklarının saxladığı, beynəlxalq hesablaşmalarda geniş istifadə olunan milli valyutalardır.

Related posts

Bankın adının yuxarı şikayət indeksində olması onun bağlanacağı deməkdir?

Mərkəzi Bank tədiyyə balansının 2025-ci ilin yekunlarına dair hesabatlarının təqdimatını edib

İranla bağlı müharibə fonunda dollar güclənir, qlobal bazarlarda risk artır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı