Rusiyanın 12 şirkəti neft hasilatını necə azaldacaqları barədə razılığa gəliblər

“Rusiyanın 90%-lik neft hasilatı payına sahib olan şirkətləri 2017-ci ilin birinci yarısında neft hasilatını azaltmağa razı olublar. Onların hər biri bunu neft hasilatındakı paylarına müvafiq şəkildə həyata keçirəcəklər”-deyə, Rusiyanın Energetika naziri Aleksandr Nocak bildirib.

“Biz 12 şirkətlə görüş keçirdik. Onlar oktyabr ayı səviyyəsinə nisbətən hasilatı hissə-hissə azaldacaqlar. Birinci rübün sonuna qədər hasilatın 200 min barrel, ilin ilk yarısında isə 300 min barrel azaldılması planlaşdırılır”-deyə, nazir bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır