Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Rusiyanın Mərkəzi Bankı əsas faiz dərəcələrini 7.5-də saxlayıb, ancaq xəbərdarlıq edib - BBN

Rusiyanın Mərkəzi Bankı əsas faiz dərəcələrini 7.5-də saxlayıb, ancaq xəbərdarlıq edib

Cümə günü 2022-ci illə bağlı son görüşündə Rusiyanın Mərkəzi Bankı əsas faiz dərəcələrini 7.5-də saxlayıb. 

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, tənzimləyici xəbərdarlıq edib ki, inflyasiya riski qalmaqdadır və əlavə edib ki, hərbi səfərbərlik əmək bazarında çatışmazlığı yaradıb. 

Bu gün açıqlanan bəyanatda deyilib ki, hazırda istehlakçı qiymətləri tənzimlənmiş şəkildə yüksəlir, ancaq istehlakçı tələbi isə güclü deyil. 

Qeyd edək ki, Bank axırıncı dəfə fevralda, Rusiyanın Ukraynaya hücumundan sonra artırmışdı və əsas faiz dərəcələrini 9.5-dən 20-ə yüksəltmişdi. “Bank of Russia”nın təxminlərinə əsasən Rusiyada dekabrda illik inflyasiya 12.7% olub. Bu isə 4%-lik hədəfdən olduqca yüksəkdir. Bankın öz proqnozlarına əsasən 2024-cü ildə hədəfə çatmamışdan əvvəl 2023-cü ildə illik inflyasiya 5 və 7% azalacaq. 

Related posts

Avropa Yenidənqurma və İnkişaf Bankı-nın Azərbaycandakı kredit portfeli 895 milyon avroya düşüb

S&P Azərbaycan bank sektorunun qiymətləndirilməsini yüksəldib

Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı