Rusiyanın milli ödəniş sistemi Avropaya inteqrasiya edir

2017-ci ildə Rusiya Mərkəzi Bankı tərəfindən Avropa və ABŞ sanksiyalarına qarşılıq olaraq yaradılan “MİR” ödəmə sistemi Avropa bazarına daxil olmağa hazırlaşır. Şirkətin ilk pilot layihəsini Rusiya-Böyük Britaniya biznes forumunda təqdim etməsi gözlənilir. Layihənin Böyük Britaniya mərkəzli “PayXpert” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi planlaşdırılır.

Sözügedən tərəfdaşlıq Böyük Britaniya ilə Rusiya arasında həyata keçirilən tranzaksiya dövriyyəsini yüksəltməklə yanaşı, hər il Avropaya səyahət edən 40 milyondan çox rus turistin işini asanlaşdıracaq.

Məlumat üçün qeyd edək ki, 2019-cu ilin noyabr ayına qədər olan statistikaya görə, Rusiyada 69.8 milyon “MİR” ödəniş kartı istifadəyə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır