Rusiyanın neft istehsalı azalacaq

Rusiyanın Energetika nazirinin köməkçisi Kirill Molodtsovun sözlərinə görə, neft istehsalı 2017-ci ildə 2,5% həcmində azalacaq.

2016-cı ildə 277 milyon ton olacağı gözlənilən neft istehsalı 2017-ci ildə 270 milyon ton səviyyəsində reallaşacaq.

Rusiyanın neft ixracının isə 2017-ci ildə cüzi miqdarda artacağı gözlənilir.

Qeyd edək ki, 2016-cı ildə ixracatın 253,5 milyon ton olacağı təxmin edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır