Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Rusiyanın “SWIFT” sistemindən çıxarılan bankları açıqlanıb

Rusiyanın “SWIFT” sistemindən çıxarılan bankları açıqlanıb

Rusiya və Ukrayna arasında davam edən münaqişələr bütün digər sektorlar kimi bankçılıq sektoruna da təsirsiz ötüşməyib. Dünyanın lider ölkələri tərəfindən sanksiyalara məruz qalan Rusiyanın 7 bankı çərşənbə günü Avropa Birliyi tərəfindən verilən qərar nəticəsində “SWIFT” beynəlxalq banklararası mübadilə sistemindən xaric edilib.

Rəsmi nümayəndə tərəfindən mətbuata açıqlanan məlumata əsasən, sözügedən sistemdən çıxarılan banklar “VTB Bank”, “Bank Otkritie”, “Novikombank”, “Promsvyazbank”, “Bank Rossiya”, “Sovkombank” və “VEB Bank” olub. Bu banklara 10 günlük müddət verilib və prosesin 12 mart tarixində yekunlaşdırılacağı bildirilib.

Rusiyanın ən böyük banklarından olan “Sberbank” və “Gazprombank”ın siyahıda yer almaması marağa, eləcə də Polşa və Litvanın nazirləri kimi bir sıra rəsmi dövlət nümayəndələrinin etirazlarına səbəb olub. Aİ rəsmisinin açıqlamasına görə, Avropa ölkələrinin Rusiya qazına olan tələbatı və qaz idxalında ödəniş tranzaksiyalarının bu banklar vasitəsilə həyata keçirilməsi nəzərə alınaraq sözügedən banklar siyahıya daxil edilməyib.

Məlumat üçün qeyd edək ki, hazırda ölkədə Rusiyanın öz yerli banklararası sistemi, eləcə də Çinin sistemi mövcuddur. Bununla belə, tranzaksiyaların 70%-dən çoxunun “SWIFT” ilə həyata keçirilməsi səbəbindən bu addımın Rusiya banklarına kəskin təsir göstərməsi proqnozlaşdırılır.

Related posts

Xalq Bank sərfəli avtokredit şərtləri təqdim edir

Mərkəzi Bank “Fizza Pay” MMC-nin vəzifəli şəxsini cərimələyib

Mərkəzi Bank AniPay mobil tətbiqi və saytının fəaliyyətini dayandırır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı