Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Rüstəm Tahirov: "KOB-ların "yaşıl layihələr"i üçün tələblər onların imkanları ilə mütənasib olmalıdır" - BBN

Rüstəm Tahirov: “KOB-ların “yaşıl layihələr”i üçün tələblər onların imkanları ilə mütənasib olmalıdır”

Kiçik və orta biznesin (KOB) “yaşıl layihələri”nin qiymətləndirilməsi üzrə tələblər onların real potensialına və bu istiqamətdə fəaliyyət göstərmək qabiliyyətlərinə uyğun olmalıdır.

BBN.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın (AMB) Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən “Asiya Kiçik və Orta Sahibkarlıq Monitorinqi 2025” hesabatının təqdimat seminarında bildirib.

Onun sözlərinə görə, hazırda qlobal səviyyədə tənzimləyici qurumlar KOB-ların “yaşıl keçidini” və atmosferə buraxdığı emissiyaları qiymətləndirmə mexanizmlərini sadələşdirməyə çalışırlar:

“Bazarda müxtəlif həllər formalaşır, şirkətlər və təchizatçılar öz yanaşmalarını təklif edir, ictimai məlumatlardan da istifadə olunur. Məsələn, KOB-un emissiya profilini qiymətləndirmək üçün kommunal xidmət göstərən qurumlardan məlumatların alınması praktikası genişlənir. Hesab edirik ki, KOB-ların “yaşıl layihələri”ni qiymətləndirmək üçün müəyyən edilən tələblər onların real imkanları ilə mütənasib olmalıdır. Bu istiqamətdə müxtəlif alətlər mövcuddur və biz həmin mexanizmləri sistemə inteqrasiya etmək üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edirik”.

Related posts

Bankların biznes kreditləri üzrə təminatlılıq səviyyəsi məlum olub

AIIB Bakı metrosu ilə bağlı 180 mln. dollarlıq krediti təsdiqləyib

İsmayılov Rəşad Sahil oğlu ekologiya və təbii sərvətlər naziri təyin edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı