Şənbə və bazar günləri yeni smart kartlar təqdim olunub

Ötən şənbə və bazar günləri “Azəriqaz” İB səhər saat 09.00-dan 18.00-dək gücləndirilmiş rejimdə çalışıb. Birliyin inzibati binasında, Babək prospektində yerləşən Bakı Regional Qaz Satışı Departamentində və Mərdəkan, Maştağa və Xırdalan xidmət sahələrində gün ərzində qüsursuz xidmət göstərilib. Kütləvi şəkildə həyata keçirilən sayğac dəyişikliyi ilə bağlı abonentlərə yeni smart kartlar təqdim olunub.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin səyyar “ASAN xidmət” avtobuslarının və “ASAN qatar”ın hərəkət istiqamətinin cədvəlinə uyğun olaraq “Azəriqaz” İB-nin əməkdaşları xidmət göstərməkdə davam edir. Birliyin mütəxəssisləri Səyyar “ASAN qatar”la Lənkəranda, səyyar “ASAN xidmət” avtobusları ilə Oğuzda, Biləsuvarda, Salyanda, Mərdəkanda, Gədəbəydə, Qusarda, Lerikdə, Tərtərdə və Şamaxıda bu ayın axırınadək problemlərinizin həllinə yardımçı olacaqlar

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır