Şərab məhsullarının beynəlxalq akkreditasiyası aparılır

İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən şərab məhsulları üzrə laboratoriyanın akkreditasiyadan keçirilməsi üçün 2016-cı ildə Latviyanın “LATAK” Milli Akkreditasiya Bürosuna müraciət edilmiş və bu istiqamətdə ardıcıl olaraq müvafiq tədbirlər həyata keçirilir.
Qrafikə uyğun olaraq, Mərkəzi qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasında cari ilin yanvar ayı ərzində şərablarda 15 metod olaraq, 27 parametr üzrə müqayisəli sınaqlar aparılıb. Bu mərhələdə iştirak etmiş müxtəlif ölkələrin 178 laboratoriyaları arasında, bizim laboratoriya ən yüksək nəticə əldə edərək sınaqların siyahısına daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır