Sərbəst satış sertifikatı “Made in Azerbaijan” brendini təşviq edəcək

“Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında göstərilib ki, Azərbaycanda sərbəst satış sertifikatı veriləcək.

Sərbəst satış sertifikatı ixracatçıların müraciəti əsasında yalnız Azərbaycan Respublikasında istehsal olunan mallara veriləcək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəsmisi deyib: “Sertifikatın mahiyyəti ondan ibarətdir ki, ölkə daxilində məhsula əvvəlcədən müxtəlif qurumlar tərəfindən verilmiş sertifikatların (keyfiyyət, gigiyenik, uyğunluq və s.) qüvvədə olmasını və həmin məhsulun hal-hazırda ölkə daxilində sərbəst satışa bütün icazələrin olmasını təsdiq edir.  Sertifikatın verilməsi proseduru heç bir əlavə laboratoriya və ya testlərin keçirilməsi ilə müşahidə olunmur. Dünya təcrübəsində sərbəst satış sertifikatı malların hər bir partiyasına verilir. Məhsul xarici ölkələrə göndərilirsə sertifikat dövlət və ingilis dillərində verilir.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır