Səyyar ASAN xidmət Qax, Şəmkir və Ələtdə vətəndaşlara xidmət edəcək

Səyyar ASAN xidmət 10 – 24 noyabr tarixində Qax şəhəri və Qaradağ rayonunun Ələt qəsəbəsində, 10 noyabr – 9 dekabr tarixində Şəmkir şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Bundan başqa səyyar avtobuslar 23 oktyabr – 11 noyabr Ağsu rayonu, 27 oktyabr – 25 noyabr Qusar, Yevlax və Biləsuvar şəhərləri, 28 oktyabr – 11 noyabr H.Z.Tağıyev qəsəbəsində, 30 oktyabr – 28 noyabr Salyan şəhərində vətəndaşların xidmətində olacaqlar.

Qeyd edək ki, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır