Səyyar ASAN Zaqatala rayonunda vətəndaşlara xidmət göstərəcək

2 – 31 avqust tarixində Səyyar ASAN xidmət Zaqatala rayonunda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Həmçinin, Səyyar ASAN qatar avqust ayının 7-nə kimi Siyəzən rayonunda xidmətini davam etdirəcək.

Qeyd edək ki, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır