Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində 8 aqroturun təqdimatı keçirilib - BBN

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində 8 aqroturun təqdimatı keçirilib

Kənd Təsərrüfatı Nazirliyində “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində dəstək göstərilmiş 22 təsərrüfatın və bu təsərrüfatlara təşkil olunan 8 aqroturun satış şəbəkəsinin genişləndirilməsi məqsədi ilə turizm subyektlərinə təqdimat keçirilib.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə birgə təşkil olunan tədbirdə turizm şirkətlərinin rəhbərləri, bələdçilər və otelçilər də daxil olmaqla ümumilikdə 90 nümayəndə iştirak edib.

Tədbir zamanı turizmin müxtəlif seqmentlərindən olan nümayəndələrə aqroturlar barədə ətraflı məlumat verilib, layihə çərçivəsində aqroturizm təsərrüfatlarında hazırlanan reklam video çarxları təqdim edilib.

Aqroturlar Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Göyçay, Kürdəmir, Lənkəran, Lerik, Astara əraziləri olmaqla ümumilikdə 15 rayonu əhatə edir. Turlarda təsərrüfatların potensialları və göstərdikləri xidmətlərlə yanaşı milli mətbəxləri, bələdçilik, regionların mədəni irsi də əksini tapıb.

Layihə çərçivəsində təsərrüfatlarda görülən işləri yüksək qiymətləndirən turizm şirkətlərinin nümayəndələri qarşıdan gələn turizm mövsümündə aqroturların satışında daha fəal iştirak edəcəklərini bildiriblər.

Cari il ərzində layihə çərçivəsində dəstək göstəriləcək aqroturizm yönümlü təsərrüfatların və həmin ərazilərə təşkil ediləcək aqroturların sayının artırılması nəzərdə tutulur.

Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.

Related posts

Azərbaycanda inflyasiyanın iki il üzrə proqnozu açıqlanıb

TARİX TƏKRARLANIR: Dünya “Beşinci Neft Şoku”nun astanasında – 100 dollarlıq kabus geri qayıdır!

TƏCİLİ: Neft bazarlarında “İran alovu” – Qiymətlər 100 dolları keçdi, dünya iqtisadiyyatı şokdadır!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı