Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Şəhid ailələrinə təqaüd kartı və “Şəhid ailəsi üzvü” vəsiqəsi evlərində təqdim edildi - BBN

Şəhid ailələrinə təqaüd kartı və “Şəhid ailəsi üzvü” vəsiqəsi evlərində təqdim edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun rəhbər şəxsləri tərəfindən şəhid ailələri ilə görüşlər davam edir.

Bu dəfə Fondun sədr müavini Səfər Mehdiyev Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan Eynulla Lətifovun (Quba rayonu, İkinci Nügədi kəndi),  Rəşad Səfərəliyevin (Xaçmaz şəhəri) və Ağaəli Ağayevin (Siyəzən rayonu, Balaca Həmyə kəndi) ailələrində olub.

Görüşlər zamanı ailələrin sosial vəziyyəti öyrənilib. Onlara şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri barədə məlumat verilib.

Hər üç şəhidin ailələrinə Prezidentin aylıq təqaüdünün və sosial müavinətin təyin olunduğu bildirilib. Şəhid ailələrinin həmçinin aktiv məşğulluq proqramlarına cəlb olunması işlərinin də aparıldığı qeyd olunub. 

S.Mehdiyev ailələrə təqaüd kartını və “Şəhid ailəsi üzvü” vəsiqəsini təqdim edib, onların sosial vəziyyətinin həmişə diqqətdə saxlanacağını vurğulayıb.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı