Səhmdarların hüquqlarına dair vebinar keçirilib

Sentyabrın 30-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə sahibkarlar üçün “Korporativ idarəetmə və səhmdarların hüquqlarının qorunması” mövzusunda vebinar keçirilib.

Onlayn tədbirin təşkilində məqsəd səhmdarların hüquqlarının qorunması və müdafiəsi istiqamətində hüquqi baza, səhmdarların hüquqlarının müdafiəsinin formaları və digər məsələlərdə sahibkarların maarifləndirilməsidir.

20-yə yaxın KOB subyektinin iştirakı ilə keçirilmiş vebinarda Azərbaycan Mərkəzi Bankının nümayəndəsi tərəfindən mövzuya dair təqdimat keçirilib, praktiki məlumatlar verilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı