ABA-nın eksperti “Daşınar əmlak əsaslı maliyyələşmə günü” adlı tədbirdə təqdimatla çıxış edib – Foto

22 dekabr 2023-cü il tarixində daşınar əmlak əsaslı maliyyələşmə imkanlarının artırılması, kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyə savadlılığının yüksəldilməsi, həmçinin sahibkarların bu istiqamətdə üzləşdikləri çətinliklərin birgə müzakirə edilməsi məqsədilə Mərkəzi Bankın təşəbbüsü və Şəki şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Şəki şəhərində “Daşınar əmlak əsaslı maliyyələşmə günü” adlı tədbir keçirilmişdir.

Tədbir çərçivəsində Azərbaycan Banklar Assosiasiyası (ABA), Beynəlxalq Maliyyə Korporasiyası, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Aqrar Sığorta Fondu tərəfindən daşınar əmlaka əsaslanan kreditləşmə üzrə beynəlxalq trendlər, ölkəmizdə heyvandarlığın, bitkiçiliyin, akvakulturanın sığortalanması mexanizmləri, KOS-ların qarşısında duran çətinliklər və imkanlara həsr olunmuş mövzularda 60-dan çox sahibkar və kredit təşkilatlarının nümayəndələrinə müvafiq təqdimatlar edilmişdir. Azərbaycan Banklar Assosiasiyası tərəfindən təqdimatla isə ABA nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun sədri Qorxmaz Ağayev çıxış etmişdir.

Tədbirin davamı olaraq kredit yarmarkası keçirilmiş və yarmarkada regionda fəaliyyət göstərən bank və bank olmayan kredit təşkilatlarının filialları tərəfindən daşınar əmlak əsaslı maliyyələşmə məhsulları KOS subyektərinə təqdim edilmiş, kredit müraciətləri yerində qeydiyyata alınmış və aidiyyəti üzrə suallar cavablandırılmışdır.

Bildiririk ki, Mərkəzi Bank daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarının artırılması, bu istiqamətdə hüquqi və texnoloji əsasların davamlı aktuallaşdırılması və bununla da KOS subyektərinin maliyyə vəsaitlərinə əlçatanlığının yaxşılaşdırılması istiqamətində aidiyyəti təşkilatlarla sıx əməkdaşlıq etməkdədir. Belə ki, cari il ərzində daşınar əmlak əsaslı yüklülük müqavilələrinin sayı 2 dəfə artımış və yüklülük müqavilələrinin sayı 200 mini keçmişdir.

Qeyd edək ki, maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, xüsusilə də regionlarda maliyyə əlçatanlığının artırılması məqsədilə daşınar əmlak əsaslı maliyyələşmə istiqamətində Mərkəzi Bank tərəfindən ardıcıl tədbirlər həyata keçirilməkdədir.

Related posts

Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə mentorluq proqramının yekunlarına dair görüş keçirib

Bank Respublika “İlin Bankı” adına layiq görüldü

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı