Sənaye zonalarına sahibkarların marağı böyükdür

Sənaye zonalarında bugünədək ümumilikdə 10,23 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 3,35 milyard manatlıq hissəsi ixrac olunub.

 

Sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənayenin inkişafına təkan vermək məqsədilə yaradılan sənaye zonalarına sahibkarlar tərəfindən böyük maraq göstərilir. 2023-cü ilin 7 ayı ərzində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında 19 sahibkarlıq subyektinə rezident statusu verilib. Qeydiyyata alınmış rezidentlər tərəfindən ümumilikdə 244 milyon manatdan artıq investisiyanın yatırılması, 1500-dən çox iş yerinin yaradılması planlaşdırılır.

İndiyədək sənaye zonalarında 134 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 68-i fəaliyyətə başlayıb. Sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,18 mlrd. manatdır. Sahibkarlar tərəfindən artıq bu günədək 6,56 milyard manatdan çox investisiya yatırılıb və 10600-dən çox daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə sənaye zonalarına əlavə olaraq 690 milyon manata yaxın investisiyanın yatırılması, 5200-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Sənaye zonalarında bugünədək ümumilikdə 10,23 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 3,35 milyard manatlıq hissəsi ixrac olunub. “Made In Azerbaijan” brendi adı ilə dünyanın 60-a yaxın ölkəsinə ixrac həyata keçirilir. Cari ilin I yarısında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 1,4 milyard manatlıq məhsul satılıb ki, bunun 33,6%-lik hissəsi ixracın payına düşür.

Qarabağın bərpası, dirçəldilməsi və sənaye potensialının inkişaf etdirilməsi məqsədilə yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında indiyədək investisiya kapitalı 200 milyon manatdan çox olan 31 sahibkarlıq subyektinə rezidentlik və qeyri-rezidentlik statusu verilib. Bu sahibkarlıq subyektləri tərəfindən 2000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Related posts

“AzerGold” QSC-dən 8 il ərzində məşğulluğa mühüm töhfələr

“AzerGold” QSC-dən 8 il ərzində ölkə iqtisadiyyatına mühüm töhfələr – Foto

“AzerGold” QSC hasilatın pay bölgüsü haqqında Saziş üzrə səlahiyyətlərinin icrasına başlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı